Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxsin tutulması üçün əməliyyat tədbirləri keçirilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən il sentyabrın 25-dən cari il martın 1-dək olan müddətdə şəhər ərazisindəki 1 kafedən, 1 ortopedik mərkəzdən, həmçinin 1 şadlıq evindən 2 ədəd kondisioner mühərriki və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Əşrəf Qəniyev saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun fevral ayının 28-nə keçən gecə 47-ci məhəllə ərazisində yerləşən kafelərdən birindən televizor oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov