3 Aprel 2017 17:15
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ədliyyə Nazirliyinin sabiq böyük inspektoru Tahir Şəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Tahir Şəbiyev zərərçəkmişə vurulan ziyanı tam ödədiyi üçün onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, barəsində iki il müddəti təyin edilib Məhkəmənin qərarı ilə həmçinin 2 min manat məbləğində cərimələnib.

Tahir Şəbiyev Ədliyyə Nazirliyinin böyük inspektoru vəzifəsində işləyərkən zərərçəkmiş Mehdi Süleymanovun Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşını həbsdən azad etdirəcəyini deyib, onun təxminən 31 min manat məbləğində pulunu alıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər