Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən il noyabr ayının 10-da Quba rayonunda baş verib.
Oğlu tərəfindən qətlə yetirilən 1968-ci il təvəllüdlü Siyavuş Heydərov Quba rayonu ərazisində sahibkarlıqla məşğul olub.
Sərxan Heydərov Quba şəhərində “Ulduz” kafesini işlədirmiş. Qətl hadisəsi kafedə baş verib. Siyavuş Heydərovun oğlu, 1993-cü il təvəllüdlü Sərxan Heydərov içki düşkünü olub və bu barədə ata ilə oğul arasında dəfələrlə mübahisə yaranıb.
Noyabrın 10-da Sərxan atasının kafesinə sərxoş vəziyyətdə gəlib, orada içki içmək istəyib. Lakin ata ona spirtli içki verməyib, aralarında mübahisə yaranıb. Atasının etirazına əsəbiləşən Sərxan kafenin mətbəxinə keçib, oradan götürdüyü mətbəx bıçağı ilə atasına bir neçə zərbə endirərək hadisə yerindən qaçıb.
Siyavuş Heydərov xəstəxana yolunda ölüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxan Heydərov tutulub.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Sərxan Heydərov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov