17 Aprel 2017 09:47
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mamusta kəndində qeydə alınıb.

Kənd sakini, 55 yaşlı Əmənulla Qəmbərov naməlum şəraitdə bıçaqlanıb. O, Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün Əmənulla Qəmbərovun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında saxlanılan Əmənulla Qəmbərovun vəziyyətinin ağır olduğu bildirilir.

Polisin keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, Əmənulla Qəmbərovun həmkəndlisi Xoşbəxt Məmmədov ilə şəxsi münasibətlər zəminində mübahisəsi olub. Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.

Xoşbəxt Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər