Cəlilabad rayonunda narkotiklə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Alar kəndi ərazisində Astara rayon sakini Elçin Bağırov həbs edilib.
Ondan 15 kiloqram 90 qram tiryək və 3 kiloqram 610 qram heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov