Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlanması barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat verilib.
Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bülbülə qəsəbəsi sakinləri 2 yeniyetmə saxlanılıb.
Onların daha 2 evdən pul, sənəd, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaları müəyyən edilib.
Hacı Zeynalov