15 İyul 2014 13:15
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Şovut kəndinin ərazisində qeydə alınıb. Kənd sakini Camal Ağayev idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb. C.Ağayevin sərnişini, Sumqayıt şəhər sakini Cəfər Məmmədli hadisə yerində ölüb.

Faktla bağlı Yardımlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: