28 Aprel 2017 14:47
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qirxu yolu ilə külli miqdarda pul almış Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Vidadi Əzizov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsin əvvəllər tanımayıb.

İstintaqa verdiyi ifadəsini təsdiqləyən zərərçəkmiş əlavə edib ki, Rusiya və İran arasında gübrə alveri ilə məşğul olanlarla işləyib. Onun sözlərinə görə, 2012-ci ildə Dubaydan "Zaminbank"a pul göndəriblər: "Mən də həmin pulu götürmək üçün bankın Nərimanov filialına yollandım. Maşında məndın başqa sürücüm və həyat yoldaşəm da vardı. Nəriman adlı tanışım bankdan götürdüyü 1 milyon manatı mənə verdi. Sonra Nərimana puldan 300 min manat qaytardım.

Həmin vaxt Nərimanın dostundan ev almışdım. Pulu ona çatdıracaqdı. Qalan pulu maşının baqajına qoydum. Bu zaman Nəriman məni çağırdı. Ona tərəf getmək istəyəndə üstümüzə tökülüşdülər, bizi əhatəyə alaraq tutdular və MTN-ə gətirdilər. Orada məni təqsirləndirilən şəxsin otağına apardılar. Rəşad adlı şəxs bildirdi ki, bura sənin üçün axırıncı yerdir.Etiraz etdim ki, bura dövlətin binasıdlr, hər kəs üçün axırıncı yer qəbristanlıq ola bilər, bura bizim üçün başlanğıçdır. Məni vətənə xəyanıt etməkdə, İrana casusluqda suçladılar".

Zərərçəkmiş qeyd edib ki, həbs edilməməsi üçün pul sövdələşməsi ediblər: "Təqsirləndirilən şəxsə dedim ki, 100 min manat verə bilərım. Soruşdu ki, hansı puldan verəcəksən? Bildirdim ki, burda olan pulumdan verəcəm. Təqsirləndirilən şəxs həmin pulun mənə məxsus olmadığını bildirdi, dedi, o pul sənlik deyil. Orada məni dindirənlər arasında Mirəziz Əsgərov ən mədəni insan idi. Elə hərəkət edirdilər, elə bil MTN-də yox, bazardasan".

Zərərçəkmiş bildirib ki, günün sonuna kimi MTN-də saxlanılıb, günün sonunda izahatını almadan sərbəst buraxılıb. Onun sözlərinə görə, sərbəst buraxılması üçün 300 min dollarını alıblar.

Daha sonra Mirəziz Əsgərovun 100 min dollar tələb etdiyini, o isə 40 min dollar verdiyini qeyd edən Vidadi Əzizovun sözlərinə görə, 4 ay MTN əməkdaşları tərəfindın təqib olunub: "Əvvəllər təqib olunduğumu bilirdim. Amma sonda belə biabırçıllq edəcəklərini, məni küçənin ortasında saxlayacaqlarını bilməzdim.

Məni MTN-dən Mirəziz yola saldı. Torbada qalan pulumu da mənə qaytardı, amma 300 min dolları götürmüşdülər. Pulu sürücümə verdim, bacımgilə aparmasını istədim. Özüm isə başqa işim olduğu üçün onunla getmədim".

Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş bildirib ki, gübrəni İspaniya və Argentina çirkətlərindın alıb, İran şirkətinə satıb: "Bu əməliyyatlarda sonda gəlirin 10 faizi mənə çatacaqdı".

Suallara cavabda zərərçəkmiş bildirib ki, həyat yoldaşının MTN-ə gətirilmədiyini bilib, ancaq sürücüsü Rafiq və tanışı Nərimanı ora gətiriblər. Onun sözlərinə görə, NTN-də sorğu-sual edilib: "Mənə İrandakı şirkətin rəhbəri Cəmşidyanla bağlı suallar verdilər. Onun Sepah generalı olduğunu, onunla görüşüb-görüşmədiyimi soruşdular. Onu iş adamı kimi tanıdığımı, İranda bir çox nüfuzlu şirkət rəhbərləri ilə görüşdüyümü, birinin də Cəmşidyan olduğunu dedim. Həmin vaxt İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyimlə bağlı heç bur sənəd ortaya qoya bilmədilər".

MTN-də təzyiqlərə məryz qalmasından, bir əməkdaşın silahı ona tuşlamasından danışan Vidadi Əzizov qeyd edib ki, MTN əməkdaşları həmin vaxt onun bank hesabına 1 milyon yox, 20 milyon dollar gələcəyini düşünüblər. O, ifadəsində mülki iddiasını müdafiə etdiyini, dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutulmasını istəyib. Bildirib ki, ona qarşı qanunsuzluq dövlətin binasında baş verib: "Buna görə də dövlətdən də mənə dəymiş ziyanın ödənilməsini istəyirəm. Təqsirləndirilən şəxs yalan danışır, üzümə baxaraq danışa bilməz".

Mirəziz Əsgərov zərərçəkmişin dediklərini özünə qarşı təhqir kimi qiymətləndirərək, ona etiraz edib. Təqsirləndirilən, onun vəkili və zərərçəkmiş arasında mübahisə yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Bundan sonra zərərçəkmiş təqsirləndirilən şəxsin və onun vəkillərinin suallarını cavablandırarkən bildirib ki, İspaniya, Argentina, Rusiya və İran şirkətləri ilə işləməsinə dair rəsmi sənədi yoxdur. Onun sözlərinə görə, bu şirkətlərlə vasitəçi kimi işləyib.

Mirəziz Əsgərovun İranda saxlanması və təsir altına düşməsi haqda sualına zərərçəkən cavab verərkən bunu təkzib edib. "Nihad Əliyev sənə mesaj yazıb ki, Azərbaycanda 22 nəfər tutulub, ehtiyatlı ol. O, bu mesajla sənə nə demək istəyirdi?" deyə Mirəziz Əsgərov zərərçəkəndən soruşub.

Vidadi Əzizov suala belə cavab verib: "Həmin ərəfədə Azərbaycanda ara qarışmışdı".

Zərərçəkən onu da bildirib ki, MTN-də onu İranın xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaqda, "Eurovision" ərəfəsində Bakıda partlayışlar planlaşdırmaqda ittiham ediblər.

Daha sonra Mirəziz Əsgərov arayış verib: "Zərərçəkmişin ifadələrində ziddiyyətlər var. Deyir ki, onun 674 min pulu olub. Guya 300 min dollarını alıb, qalan pulu özünə qaytarmışıq. Sonra iddia edir ki, ondan 40 min dollar da əlavə tələb eləyib almışam. 40 mini alacaqdımsa, onun əlimizdə olan pulunu niyə qaytarırdım? Vidadi Əzizov ətrafında apardığımız araşdırmalarla kifayət qədər sübutlar toplamışdıq. İndi burada yalan danışır ki, 2001-ci ildən bizneslə məşğulam.

Bu şəxsin yaşam tərzinə nəzər yetirin. Özünün heç bir mülkü olmayıb. Bacısının evində yaşayıb. Deyir ki, biznesdə 1 milyon, 10 milyon, 18 milyon dövriyyəsi olub. Bu qədər dövriyyəsi olan adamın yarım milyonluq mülkü olmalı idi. Mən bu gün Vidadi Əzizovun ifadəsi ilə həbs olunmuşam və əsassız olaraq həbsdə saxlanılıram. Vidadi Əzizov İran vətəndaşları ilə tanış olub. Onu İranda əməkdaşlığa cəlbetmə şərti ilə saxlayıblar. Bu haqda bizdə əməliyyat məkumatları olub.

Burada deyir ki, Cəmşidyan iranlı biznesmendir. Heç kimə sirr deyil ki, Cəmşidyan Sepahın generalı olub. Zərərçəkmiş deyir ki, həmin şirkətlərlə biznes fəaliyyətinə dair sənədlər göstərə bilmir. Bunun da səbəbi həmin ərəfədə İranın beynəlxalq sanksiyalar altında olmasıdır. Bu şirkətlər qanunsuz fəaliyyət göstərir, çirkli pulların yuyulmasıyla məşğul olurdu. Beynəlxaq təşkilatlar var ki, məhz dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə ilə məşğuldur. Ona görə də Vidadi Əzizova pullar İrandan yox, "Ziraatbank" vasitəsilə Dubaydan göndərilirdi.

Vidadi İranda əməkdaşlığa cəlb olunarkən çirkli pulların yuyulması məqsədilə ölkədən çıxarılmasını öz üzərinə götürmüşdü. Burada Vidadinin bir faiz qazancı olacaqdı. Bizim əməliyyatımızı Moskvada bildilər. Bundan sonra həmin pullardan imtina elədilər".

Daha sonra məhkəmədə Vidadi Əzizovun valideynləri və sürücüsü ifadə verərək, onun necə həbs olunmasından danışıblar.

Məhkəmə mayın 12-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər