Teleqraf.com xəbər verir ki, Aşağı Nüvədi kənd sakini, 1982-ci il təvəllüdlü Zahid Qəribov naməlum şəraitdə bıçaqlanıb.
O, ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan Zahid Qəribovun həyatını xilas etmək mümkün olub.
Hadisənin kimin tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. Faktla bağlı cinayət işi başlanıb.