Boks üzrə Rusiya gənclər yığmasının üzvü Rəsul Hacımaqomedov öldürülüb.
Boksçunu iyulun 13-də Krasnodar şəhərinin mərkəzində qətlə yetiriblər.
İlkin versiyaya görə, boksçu 23 yaşlı Rustam-Bek Qurbanov adlı şəxslə mübahisə edib.
Mübahisə zəminində Qurbanov boksçunun boynuna bıçaqla zərbə endirərək qaçıb. Rəsul Hacımaqomedov yerindəcə keçinib.
Qatilin tutulması üçün federal axtarış elan edilib.
/publika.az/