Azərbaycanda məşhur istirahət mərkəzində bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Xaçmaz rayonu Nabran kəndində yerləşən “Olimp” istirahət mərkəzində qeydə alınıb.
Xaçmaz şəhər sakini Fariz Muxtarovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov