15 İyul 2017 19:59
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 13-də Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edən yaxınlıqdakı klinikalardan birinin qadın tibb işçisi içərisində 500 manatı olan pulqabısının oğurlandığını bildirib. O, izahatında hadisənin müalicə olunmaq adı ilə müraciət etmiş bir nəfərin otaqda tək qaldığı vaxt ərzində baş verdiyindən şübhələndiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, 39-cu polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu qısa müddətdə həyata keçirdikləri zəruri tədbirlərlə həmin şəxsin xarici görünüşünü müəyyən ediblər. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə şübhəli şəxs yaxınlıqdakı parklardan birində saxlanılaraq polis bölməsinə gətirilib.

Araşdırmalarla onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Arif Əliyev olması müəyyən edilib. Tutarlı dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevralında rayon ərazisindəki rabitə müəssisələrindən birindən eyni yolla oğurluq etməsi də müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər