28 İyul 2017 10:44
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

81 yaşlı atasını amansızlıqla öldürən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində hakim hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə bu il yanvarın 31-də baş verib. Hadisədən bir müddət əvvəl İlyas Mehdiyev atası İmdad Mehdiyevdən pul tələb edib. Pulu olmadığını deyən ahıl kişi ilə oğlu arasında mübahisə yaranıb. İlyas Mehdiyev atasından evi satmağı tələb edib. Bu səbəbdən bir müddət ata ilə oğul arasında söz-söhbət olub. Atasının razılığını ala bilməyən İlyas Mehdiyev onu öldürmək qərarına gəlib.

Hadisə baş verən gün maşını ilə evə gələn İlyas qapını döyüb və aydın olub ki, qapı içəridən bağlıdır. O, atasının evdə olduğunu və yatdığını bilib. İlyas daha sonra maşınından benzin götürərək evə gəlib. Qapını növbəti dəfə döyəndə atası açıb. Eyni mövzuda yenidən ata ilə oğul arasında mübahisə başlayıb. İlyas butulkada olan benzini atasının üstünə tökərək onu yandırıb. Qalan benzini isə evə tökərək od vurub və hadisə yerini tərk edib.

Qeyd edək ki, hadisəni törədərkən İlyas Mehdiyev içkili olub.

Məhkəmədə ifadə verən ata qatili özünü təqsirli bildiyini deyib. Əlavə söz demək istəməyən İ.Mehdiyev "Hər şey göz qabağındadır. Açıq və aydındır" deyərək əməlini etiraf edib.

Məhkəmənin növbəti iclası iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, mərhum 81 yaşlı İmdad Mehdiyevin digər oğlu Mehdi Mehdiyev Əfv Komissiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədridir.

İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etməvə ya zədələmə) maddələri ilə təqdirli bilinir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər