Teleqraf.com xəbər verir ki, rayon ərazisində 2 nəfərə məxsus evdən pul, gümüş və məişət əşyaları oğurlandığı barədə polis şöbəsinə məlumat daxil olub.
Aparılan araşdırma zamanı oğurluğun Yevlax rayon sakini Səbuhi Məmmədov olduğu müəyyən edilib. Onun Bərdə rayon ərazisində gizləndiyi barədə polisə əməliyyat məlumatı daxil olub.
İki rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində Səbuhi Məmmədovun gizləndiyi yer müəyyən edilib və o, həbs olunub.
Onun iyulun 4-də daha bir evdən 1500 manat dəyərində qızıl əşyaları oğurladığı da müəyyən edilib.