31 İyul 2017 12:26
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Yalçın Qocayevi öldürməkdə təqdirləndirilən Elnur Nəhmədov Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Əli Qocayev zərərçəkmişin hüquqi varisi kimi tanınıb. Məhkəmə baxışı avqustun 2-nə təyin edilib.

İttihama görə, bu ilin martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs qurumun üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.

Məlum olub ki, Yalçın Qocayev tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında mübahisə baş verib.

Mübahisə zamanı onlar Yalçın Qocayevi döyərək, onu öldürüblər.

Elnur Nəhmədov Cinayət Məcəlləsisinin 120.2.2-ci (xuluqablıq niyyəti ilə adam öldürmə) maddəsi ilə, Pərviz Hüseynov və Ruslan Məmmədov isə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) maddədi ilə təqsirli bilinirlər.

Məlumat üçün bildirək ki, Yalçın Qocayev xalq şairi Fikrət Qocanın oğludur.


Müəllif: Hacı Zeynalov