1 Avqust 2017 16:27
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:25

Bakı-Sumqayıt yolunda 6 tələbinin ölümü ilə nəticələnən qəzaya görə həbs edilmiş sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimov sədrlik edib.

Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. O, Namiq Hüseynova 10 il cəza istəyib.

Prokuror valideynlər tərəfindən məhkəməyə mülki iddiaların da daxil olduğunu bildirib.

Xatırladaq ki, hadisə bu il martın 9-da Sumqayıt yolunda baş verib.

Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Teleqraf.com-un məlumatına görə, sürücü Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan, 10 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər