22 İyul 2014 13:59
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 18-də Masallı rayonunun Ətcələr kənd sakini Zəka Əsədovun evindən 2000 dollar oğurlanıb.

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Səmidxan kənd sakini Rauf Əliyev tutulub.

Hacı Zeynalov


Müəllif: