26 Avqust 2017 14:53
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər müəyyən edilməmiş avtomobilin vurduğu Şirvan şəhər sakini Fazil Hüseynov aldığı ağır bədən xəsarətindən elə hadisə yerində ölüb.

Bu barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olan kimi polis əməkdaşları dərhal hadisə yerinə gəlib.

Hadisəni törədən nəqliyyat vasitəsinin və onu idarə edən şəxsin müəyyən edilməsi üçün təxirəsalınmaz tədbirlərə başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilərək aidiyyəti üzrə məlumat verilib.

Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin avtomobili Bakı şəhər sakini Teymur Hüseynovun idarə etdiyi müəyyən edilib. Keçirilən tədbirlərlə avtomobil sürücü ilə birlikdə saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər