8 Sentyabr 2017 11:53
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin Elxan İsgəndərovun anket məlumatları dəqiqləşdirilib.

Digər təqsirləndirilən və hazırda ev dustaqlığında olan Əbülfəz Bünyatov isə yenə də məhkəməyə gələ bilməyib. O, yataq xəstəsi olduğu üçün bu prosesdə də iştirak edə bilməyib.

Hakim bildirib ki, Əbülfət Bünyatovun səhhəti ilə bağlı yenidən ekspertiza təyin edilməlidir.

Dövlət ittihamçısı əlavə ekspertiza keçirilməsinə ehtiyac olmadığını bildirib. Elxan İsgəndərov da əlavə ekspertiza keçirilməsi ilə razılaşmayıb: “Əbülfət Bümyatov yataq xəstəsidir. Heç otura da bilmir. Onun məhkəməyə gətirilməsi ona əziyyətdir. Həmçinin digər təqdirləndirilən şəxsin hüquqlarının pozulmasıdır".

Məhkəmə müşavirədən sonra qərarı elan edib, ekspertizanın keçirilməsinə qərar verib. Ekspertiza rəyi məlum olanadək məhkəmə təxirə salınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər