8 Sentyabr 2017 16:20
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini Əspan Mahmudovun idarə etdiyi “Otoyol M-29” markalı avtobus qaçırılıb.

Aparılan araşdırmalar zamanı qaçırılan avtobusun şəhər ərazisində hərəkətdə olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən avtobusa “saxla” işarəsi verilib. Lakin sürücü tabeçilik göstərməyərək, hərəkətini davam etdirib.

Görülən tədbirlərlə avtobus Novxanı bağları sahəsində saxlanılıb.

Sürücü İlkin İsamayılov avtobus ilə birlikdə 4-cü polis bölməsinə təhvil verilib.


Müəllif: Hacı Zeynalov