24 İyul 2014 13:02
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Türkəkəran kəndi ərazisində qeydə alınıb.

Vel kənd sakini Anar Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Şıxəkəran kənd sakini Rasim Kərimovu vurub. Xəstəxanaya yerləşdirilmiş R.Kərimov orada ölüb.

Hacı Zeynalov


Müəllif: