Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən “Amec Services Limited” şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini işləmiş Fuad Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Fuad Əfəndiyevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses noyabrın 29-da davam edəcək.
“Amec plc” şirkətinə məxsus üç şirkətin – “Amec” MMC, “AMEC Resources Limited” və “AMEC Services Limited” şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması barədə edilən müraciət səbəb olub.
İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı məlum olub.
Fuad Əfəndiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə itiham edilir.