27 Noyabr 2017 12:52
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:23

Ləğv ediımiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə proses davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Quliyev son söz deyir.

Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsini təklif edilib.

Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də qaldırdığı digər mülki iddiaların təmin olunmasını tələb edib.

***

Prosesdə son söz deyən Azər Mehdiyev günahsız olduğunu bildirib: "Məni iş adamı Maqsud Mahmduovun işinə görə tutublar. Bu məsələdə günahsızam, barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm".

Daha sonra çıxış edən Elçin Quliyev də günahsız olduğunu deyib. Bir çox əməliyyatlarda naliyyətlərinin olduğunu söyləyən general qeyd edib ki, siqaret alverçilərinin şikayəti əsasında tutulub: "Mənim Gəncədə və digər hadislərlə bağlı keçirilən əməliyyatlarda xidmətlərim olub".

O, haqqında bəraət hökmünün çıxarılmasını istəyib.

Hakimlər müşavirə otağına yollnıb, yaxın günlərdə hökm oxumacaq. Hökmün oxunacağı tarix bəlli deyil.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər