Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, bıçaq xəsarətləri ilə 1996-ci il təvəllüdlü Rəşid Əhmədzadə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib.
Rəşid Əhmədzadənin küçədə tanımadığı şəxslə mübahisə etdiyi, mübahisə zamanı bıçaq xəsarəti aldığı məlum olub. Faktla bağlı cinayət işi başlanıb.