Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində naməlum şəxs 24 yaşlı Ümid Abbaszadə və onun hənyaşıdı Rəşid Əhmədzadəni bıçaqlayaraq qaçıb.
Teleqraf.com xəbər verir ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Eldost Ələkbərov tutulub. Hadisə səbəb olan mübahisə pul borcu üstündə yaranıb.