Salyan şəhərində bıçaqlanma baş verib.
Teleqraf.com-un məlumatına görə, şəhərdəki lombarda gələn naməlum şəxs oranın işçisi, 1970-ci il təvəllüdlü Xanım Bədəlovaya bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Məlumata görə, lombard Xanım Bədəlovanın bacısının əri Elman Şahsuvarova məxsusdur.
İlkin məlumata görə, cinayəti törədən şəxs lombarddan pul götürüb, amma ödəniş edə bilməyib. Lombardın işçisi Xanım Bədəlova isə onu həmin pulu ödəmək məcburiyyətində olduğunu bildirib.
Bu zaman onların arasında dava qanlı olayla nəticələnib.
Faktla bağlı cinayət işi başlanıb.
Salyan rayon polis şöbəsi əməkdaşalarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Tural Abbasov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.