8 Dekabr 2017 16:22
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran polisi oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 10-da İdris Höccətova məxsus torpaq sahəsindən 1 baş inək oğurlamaqda şübhəli bilinən rayon sakini Taleh Abbasov saxlanılıb, digər şəxslər isə müəyyən ediliblər.

Onların bu il mart-oktyabr aylarında 3 həyətyanı sahədən inək və qoyun, habelə iyun-sentyabr ayları ərzində otlaq sahəsindən 4 nəfərə məxsus 6 baş inəyi oğurladıqları da müəyyən edilib.

Lənkəran polisinin daha bir əməliyyatı nəticəsində Liman şəhər sakinləri Cəlal Qədirov və Adəm Babazadə saxlanılıblar.

Onlar noyabrın 4-də rayon ərazisindəki mağazaların birindən 400 manat, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli biliniblər.

Hər iki şəxsin oktyabr ayının 30-da şəhər ərazisindəki mağazaların birindən ərzaq məhsulları oğurladıqları da müəyyən edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər