Bakıda həbs olunan Türkiyə vətəndaşının bir çox cinayətləri üzə çıxıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı, 17-ci və 18-ci polis bölməsi əməkdaşları tərəfindən oğurluqda etməkdə şübhəli bilinən Bakı sakini Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Alı Riza Hamit oğlu həbs edilib.
Onların ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakinləri Nicat Abdullayevə, Xəyalə Aslanovaya, Samirə Qocayevaya və Emil Ramazanova məxsus avtomobillərdən pul, sənəd, qızıl və məişət əşyaları, habelə İsaabdulla Quliyevə və Təranə Hümmətovaya məxsus velosipedləri oğurlamaları müəyyən edilib.
Hacı Zeynalov