Ağstafa rayonunda iki ay əvvəl baş vermiş qətlin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Orxan Muxtarovun, Ələkbər Babayevin və Feyruz Kərimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, Abutel İsgəndərovanın evindən 2500 manat və qızıl əşyalar oğurlamaları, habelə cari ilin may ayının 31-də oğurluq məqsədi ilə Köçəsgər kənd sakini Savat Mahmudovanın evinə girmələri, qadının onları tanıdığından onu boğaraq qətlə yetirmələri müəyyən edilib.
S.Mahmudovanın meyiti eksqumasiya edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hacı Zeynalov