15 Yanvar 2018 10:33
4 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gecə klublarından birində kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, Nizami rayonunun 8-ci kilometr qəsəbəsindəki gecə klubunda 5 nəfər arasında mübahisə yaranıb.

Nəticədə Esmira Əsədova, Türkanə Mirzəyeva və Əfqan Eyvazov bıçaq xəsarəti alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə qız üstündə baş verib. Əfqan Eyvazov Esmira və Türkanə ilə birlikdə gecə klubuna əylənməyə gəlib. Orada masalardan birində əyləşən Əfqan Eyvazov deyib-gülməyə başlayıb.

Bu zaman sol masada oturan iki oğlan Əfqan Eyvazova söz atıb. Onlar Əfqana “sənə iki qız çoxluq edər, birini bizə göndər” deməsi dava ilə nəticələnib.

Saxlanılanlar var, faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər