Bakının Nərimanov rayonunda oğurluq edən Türkiyə vətəndaşının çoxsaylı cinayətlər törətməsi açıqlanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı, 17-ci və 18-ci polis bölmələri əməkdaşları tərəfindən tutulan Azərbaycan vətəndaşı Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Ali Riza Hamit oğlunun başqa cinayətləri müəyyən olunub.
Onların Aynur Əlizadəyə, İlahə Abbasovaya, Mehriban Hüseynovaya, Fəzayıl Hüseynova, Qurban Qurbanlıya, Rasim Cəfərova, Aynurə Avnilovaya, Asif Şirinova və Yelena Novikovaya məxsus avtomobillərdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl yayılan açıqlamada təqsirləndirilən şəxslər Bakı şəhər sakinləri Nicat Abdullayev, Xəyalə Aslanova, Samirə Qocayeva və Emil Ramazanova məxsus avtomobillərdən pul, sənəd, qızıl və məişət əşyaları, habelə İsaabdulla Quliyev və Təranə Hümmətovaya məxsus velosipedləri oğurlamaları müəyyən edilib.
Hacı Zeynalov