23 Fevral 2018 13:02
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada adam bıçaqlamaqda təqdirləndirilən Şakir Mədətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Şakir Mədətov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi rayonun İkinci Nügədi kənd sakini Şakir Mədətov bıçaqlayıb.

Hər iki şəxs Nügədi kənd sakinidir. Onların mübahisəsi torpaq sahəsi üstündə düşüb. Şakir Mədətov meşəlik ərazidə istirahət mərkəzi işlədirmiş. Həmin əraziyə yaxın yerdə şöbə müdirinin də obyekti olub. Mübahisə bu səbəbdən başlayıb.

Şakir Mədətov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər