23 Fevral 2018 21:41
4 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə mətbuatda azərbaycanlı kriminal avtoritet, "Lotu Quli" ləqəbi ilə məşhur olan Nadir Səlifovun sifarişi ilə Çeçenistan vətədaşı, Timur adlı kriminal avtoritetin öldürüldüyünə dair məlumat yayılmışdı.

Qeyd olunurdu ki, Timur “Lotu Quli”nin düşməni hesab olunan çeçen əsilli Hamzat Qastamirovun dəstəsinin üzvlərindədir. Hamzat Qastamirovla qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin qisasını almaq üçün Timura “Lotu Quli” qətlini sifariş edib. Amma sonuncu cəld hərəkət edərək Timuru zərərsizləşdirə bilib. Bir müddət sonra bu məlumat öz təsdiqini tapmadı. Timur adlı şəxs öz videosunu yayaraq sağ-salamat olduğunu və “Lotu Quli”dən qisaslarını alacaqlarını bildirib.

Bəs, “Lotu Quli” tərəfindən öldürüldüyü bildirilən və meyitinin görüntüləri yayılmış şəxs əslində kim olub?

Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinindən verilən məlumata görə, sosial şəbəkədə meyitinin videosu yayılmış şəxs Çeçenistanın Urus-Martan rayonunun Alxan-Yurt kəndinin sakini, 1982-ci il təvəllüdlü Dutayev Apti Əhməd oğludur.

Cinayət fevralın 12-də gecə vaxtı Urus-Martan rayonunun Sentralnaya Usadba (Mərkəzi malikanə) küçəsində baş verib. 1991-ci il təvəllüdlü polis məmuru Mairbek Taşayev münaqişə zamanı özünün tabel silahı olan Kalaşnikov avtomatı ilə qarşı tərəfi atəşə tutub.

Nəticədə Kalaşnikov avtomatı ilə silahlanmış Dutayev sol budundan və baldırından çoxsaylı güllə yarası alıb. O, fevralın 13-də xəstəxanada keçinib.

Qətlin qan davası zəminində baş verdiyi bildirilir. Dutayev 17 may 2015-ci il tarixində Alxan-Yurt kəndindəki meşə zolağında tanışı Ramli Maqomedovu avtomatla qətlə yetirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər