7 Avqust 2014 13:24
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda ata və oğul vəhşicəsinə döyülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Göygöl şəhər sakini Elbrus Bayramov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək avqustun 1-də, şəhərin ərazisində özünün və oğlu Elnurun naməlum şəxslər tərəfindən döyülməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Anar Məmmədov tutulub, qardaşı İlqar isə müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər