5 Mart 2018 17:59
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyevanın qarşılıqlı iddiaları əsasında məhkəmə iclası davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baş tutan prosesdə Pərvin Abıyevanın vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edib.

O, Tunay Əliyeva barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsində hər hansı araşdırma aparılıb-aparılması ilə bağlı sorğu verilməsini istəyib.

Hakim vəsatəti təmin etməyib.

Hakimin barışıq təklifinə Ceyhun Yusifov kəskin etiraz edib.

Daha sonra hər iki tərəfin ötən prosesdə verdiyi vəsatətlər müzakirə edilib. Hakim bildirib ki, bundan əvvəlki prosesdə tərəflər işin linqvistik ekpertizaya göndərilməsini istəyib.

Hakim vəsatətin təmin edilməsi barədə qərarı açıqlayıb. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Tunay Əliyeva sosial şəbəkədə Pərvin Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını “1000 manatlıq fahişə” adlandırıb.

Pərvin Abıyeva isə İnstaqram səhifəsində Tunay Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib.

Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər