Şəkidə iş adamına qarşı dələduzluq etməkdə təqsirli bilinən Rahim Məmmədov və onun həyat yoldaşı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Rahim Məmmədov və Aynur Məmmədovanın əməli sübuta yetirilməyib, onların barəsində bəraət hökmü çıxarılıb.
İstintaq orqanını gəldiyi nəticəyə görə isə, Rahim Məmmədov və onun həyat yoldaşı Aynur Məmmədova Şəki şəhərində bizneslə məşğul olan Aytən Mahmudovaya qarşı dələduzluq ediblər.
İstintaq orqanı onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan etmişdi.