Antalyada arvadını və qızını tüfənglə qətlə yetirən Sertok Özən hadisənin baş vermə səbəblərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, arvadı Hənifəni və qızı Əsranı tüfənglə qətlə yetirən Sertok “spirtli içki aludəçisi olduğum üçün, arvadımın və qızımın məni tez-tez tənqid etməsini qəbul edə bilmədim, bu səbəbdən də onlara kin bəslədim və öldürməyə qərar verdim”, - deyib.
Daha sonra isə cinayət etdiyi günü xatırlayan cinayətkar hadisəni olduğu kimi danışıb: “Evə gəldim, qızım Əsra məni görən kimi otağına getdi. Sonra arvadım Hənifə gəldi, “hansı cəhənnəmdəsən”, - deyə soruşdu. Bir müddət mübahisə edəndən sonra qızımı da çağırıb, onlarla söhbət etmək istədiyimi dedim. Qızım gələndə isə əvvəlcə onu, sonra da arvadımı tüfənglə güllələdim. Öldüklərindən əmin olandan sonra oradan uzaqlaşdım”.
Məhkəmə prosesi növbəti günlərdə davam edəcək.