Lənkəran şəhərində bayram axşamı bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin "Raypo" yaşayış massivi adlana ərazidə 1966-cı il təvəllüdlü Şirzad Əmənovu tanışı tərəfindən bıçaqlanıb.
Yaralı ətrafdakı insanların köməyi ilə Lənkəran şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin istintaq zamanı cinayəti Şirzad Əmənovun kürəkəninin törətdiyi üzə çıxıb. Qohumlar arasında baş verən münaqişə kürəkənin qaynatanı bıçaqlaması ilə nəticələnib.
İlkin məlumata görə, hadisə pul borcu üstündə yaranan mübahisə zamanı baş verib.
Faktla bağlı araşdırma aparılır.