Lənkəran şəhər rayon-polis şöbəsinin əməliyyat tədbirləri nəticəsində 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, şəhər sakini Cəmil Məmmədovdan 7 bükümdə 1 kiloqram 64 qram narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb.
Cəmil Məmmədov polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış keçirilərkən cibindən əlavə olaraq ümumi çəkisi 100 qramdan artıq olan 2 bükümdə narkotik vasitə aşkarlanıb.
Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1164,391 qram tiryək olması barədə rəy verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.