Bakının Xətai rayonunda silsilə oğurluq törədən yeniyetmələrdən ibarət dəstə ifşa edilib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqla məşğul olan 4 yeniyetmə saxlanılıb.
Dəstə üzvləri ötən il oktyabrın 18-dən martın 19-dək rayon ərazisindəki orta məktəblərin birindən, 4 mağazadan, 1 gözəllik salonundan, 1 aptekdən, habelə paytaxt sakini olan 1 qadının pulqabısından pul, noutbuk və planşet oğurlamaqda şübhəli biliniblər.
Faktla bağlı cinayət işi başlanıb.