13 Aprel 2018 01:12
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki ticarət mərkəzlərindən birində mağazada işləyən, Bakı şəhər sakini olan qadın oğurluqla üzləşib.

24-cü polis şöbəsinə müraciət edən zərərçəkmiş bildirib ki, işlədiyi mağazada içərisində 750 manatı olan pulqabısı oğurlanıb.

Polis oğurluğu törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Araşdırmalarla onun Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov olduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha üç qadının çantasından pul oğurladığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər