13 Avqust 2014 09:58
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Almalı kəndi ərazisində qeydə alınıb. Rayon sakini Tural Salahovun idarə etdiyi “Mercedes” markalı minik avtomobil ilə Aydın Yusifovun sürdüyü “İveco” markalı yük maşını toqquşub.

Qəza nəticəsində Tural Salahov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: