4 İyun 2018 09:28
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya yığmasının, həmçinin Milan "İnter"i və London "Arsenal"ının sabiq futbolçusu Nvankvo Kanu Moskvada qarət olunub.

“Report” xəbər verir ki, Londondan Rusiyaya gələn nigeriyalının 11 min avrosu oğurlanıb.

Polisin apardığı əməliyyat nəticəsində qarətin Şeremetyevo hava limanında işləyən iki yükboşaldan şəxs tərəfindən törədildiyi müəyyən edilib. Onlar pulu futbolçunun çamadanından oğurlayıblar və çamadanın kimə məxsus olduğunu bilməyiblər. Qarətçilər pulu xərcləməyə də macal tapmayıblar.

Sabiq futbolçu Moskvadan Kalininqrada gedirmiş. Çünki iyunun 16-da Nigeriya yığması həmin şəhərdə DÇ-2018-in qrup mərhələsi matçında Xorvatiya ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər