Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki,bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Turqut Abdulsəlamın Türkiyəyə ekstradisiyasına qərar verilib.
İttihama görə, Turqut Abdulsəlam Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilib.
O, 2006-2007-ci ildə Almaniya və Hollandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.
Turqut Abdulsəlam Türkiyə tərəfindən də axtarışa verilib.
Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın sorğusuna baxılıb. Həmin sorğu təmin edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi zamanı Türkiyə tərəfi də Turqut Kamal haqqında axtarış elan edib və Azərbaycan tərəfindən eksradisiya edilməsini tələb edib. Bu səbəbdən iş birinci intansiya məhkəməsinə qaytarılıb.
Türkiyə səfirliyin nümayəndəsi də vətəndaşlarının təhvil verilməsini tələb edib.