22 İyun 2018 14:49
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun məhkəmə qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb.

Qərara görə, Mehman Səlimovun kasasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib.

Eyni zamanda Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin məbləğin Mehman Səlimovdan tutulması barədə qərar verilib.

Bu hökmdən narazı qalan Mehman Səlimov apelyasiya şikayəti verib. O, nazirliyin ona qarşı qaldırdığı iddianı əsassız sayıb.

Mehman Səlimov həmçinin apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını da istəyib.

Bakı Apelyasiya Məhkəməsi Mehman Səlimovun şikayətini təmin etməyib.

Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər