26 İyun 2018 11:46
2 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda sevgilisini qətlə yetirən qız istintaqa ifadə verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Prokurorluğunda dindirilən Sabunçu rayon sakini, 1987-ci il təvəllüdlü Günel Əliyeva törətdiyi cinayəti etiraf edib.

O bildirib ki, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub. Onun sözlərinə görə, “Qrand” oteldə kirayələdikləri otaqda ötən gün mübahisə ediblər.

Günel Əliyevanın sözlərinə görə, mübahisəyə səbəb Vüqar Atakişiyevin qeyri-rəsmi münasibətlərini rəsmiləşdirməməsi olub: “Vüqar məni aldadırdi, deyirdi ki, ailə quracağıq. Amma sözünə əməl etmirdi. Mənimlə cinsi əlaqədə olmuşdu, bakirəliyimi pozmuşdu. Ona deyirdim ki, evlənək, hər dəfə bir bəhanə ilə bu mövzuda ola söhbətlərdən yayınırdı”.

Günel Əliyeva bildirib ki, oteldə olduqları vaxt yenə də Vüqar Atakişiyevə evlənmək barədə söz açıb: “Vüqar yenə söhbətdən yayındı. Gördüm ki, Vüqar mənimlə ailə qurmaq istəmir. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Otaqda stolun üstündə olan bıçaqla Vüqara çoxsaylı zərbələr vurdum”.

Günel Əliyeva törətdiyi əməldən peşman olduğunu deyib.

Qeyd edək ki, ötən gevə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə qətl hadisəsi baş verib.

Günel Əliyeva sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.

Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Mübahisə daha sonra hamam otağında davam edib. Bu zaman Günel Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər