Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki kafelərin birindən 3 ədəd soyuducu, 3 ədəd elektrik sobası və digər məişət əşyaları oğurlanması barədə 22-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Murad Ağayev və əvvəllər oğurluğa görə məhkum olunmuş, həmçinin borclu şəxs qismində axtarışda olan Rasim Abdulrəhmanov olduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.