11 İyul 2018 09:43
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda toyda qətl törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, rayonunun Gedəzeyxur kəndi ərazisində şəhər sakini İlham Qədirovun qətlə yetirilməsi faktı ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə İlham Qədirovun həmkəndlisi Səlim Mirzəbəyov tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə Səlim Mirzəbəyov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə rayonun Gədəzeyxur kəndində qeydə alınıb. Kənddə keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Səlim Mirzəbəyov şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci İlham Qədirovu bıçaqlayıb.

İlham Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər