16 İyul 2018 09:30
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Şüvəlan qəsəbəsində bağ evlərindən 1968-ci il təvəllüdlü İlqar Xancanov bağ evinin sahibi Arzu Şuşalını və onun həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb.

Dilarə Əhmədova aldığı xəsarətdən hadisə ölüb.

Arzu Şuşalı isə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törədən İlqar Xancanov polis əməkdaşları tərəfindən yaxalanıb.

Məlum olub ki, cinayəti törədən İlqar Xancanov həmin bağ evində bağban işləyib.

Faktla əlaqədar Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

İstintaq tədbirləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər