Türkiyənin Antaliya vilayətində 30 yaşlı rus turist A.P Rusiya-Xorvatiya qarşılaşmasında ikincini dəstəkləyən 57 yaşlı Ukrayna vətəndaşı Andrey Sovanı döyüb.
Teleqraf.com xəbər verir ki, heç-heçə başa çatan oyundan sonra qapılara təyin edilən 11 metrlik cərimə zərbələri nəticəsində önə çıxan Xorvatiya millisinin qələbəsinə sevinən Ukrayna vətəndaş rus turistin qəzəbinə tuş gəlib. Aldığı yumuruq zərbələrindən xəstəxanaya çatdırılan Andrey Sovan polsiə şikayət edib.
Rus turist həbs edilib.